Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhvənin daha bir faydası üzə çıxdı

Qəhvənin daha bir faydası üzə çıxdı

Tarix: 22 Oktyabr 2023 21:46

Qəhvənin daha bir faydası üzə çıxıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Nançan Universitetinin alimləri qəhvə içməyin miqren riskini azaltdığını müəyyənləşdiriblər.

Araşdırmanın nəticələri "European Journal of Clinical Nutrition"da dərc olunub.

İnsanın qəhvə içməyə meylini artıran mutasiyalar (tək nukleotid polimorfizmləri), eləcə də müxtəlif nevroloji xəstəliklər arasında əlaqə araşdırılıb.

Qəhvə istehlakı ilə əhəmiyyətli dərəcədə əlaqəli 40 mutasiya müəyyənləşdirilib. Məlum olub ki, belə mutasiyaların olması miqren riskini əhəmiyyətli dərəcədə azaldır, lakin bu, digər nevroloji xəstəliklərlə əlaqədar risklərə təsir etmir. Söhbət Parkinson, Alzheimer, dağınıq skleroz və digər nevroloji xəstəliklərdən gedir.


Etiketlər:  Qəhvənin daha faydası üzə çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ