Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2019 16:52
"Barselona"nın futbolçusu Mussa Dembele zədələnib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 21 yaşlı hücumçu La Liqanın 36-cı turunda "Selta" ilə matçın 6-cı dəqiqəsində zədə alıb və meydanı erkən tərk edib.
Tibbi müayinədən keçən fransalı oyunçunun sağ ayaq əzələsində zədə aşkarlanıb.
"Mundo Deportivo" Dembelenin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağını yazıb. Bu isə o deməkdir ki, 21 yaşlı futbolçu Çempionlar Liqasıın yarımfinalında mayın 8-i keçiriləcək "Liverpul"la oyunu buraxacaq.