Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beyin əməliyyatlarını süni intellekt icra edəcək

Beyin əməliyyatlarını süni intellekt icra edəcək

Tarix: 23 Oktyabr 2023 06:33

Britaniyanın aparıcı neyrocərrahları bildiriblər ki, iki il ərzində süni intellektdən (AI) istifadə edərək beyin əməliyyatı aparılması mümkün ola bilər ki, bu da neyrocərrahiyyəni daha təhlükəsiz və effektiv edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, təcrübəli cərrahlar daha dəqiq beyin əməliyyatı aparmaq məqsədilə yeni AI texnologiyası ilə işləyirlər. London Universitet Kollecində işlənib hazırlanmış və süni intellekti vasitəsilə keçiləcək əməliyyat kiçik şişləri və beyinin mərkəzindəki qan damarları kimi kritik strukturları aşkar edir. Britaniya hökuməti hesab edir ki, bu metod neyrocərrahiyyə sahəsində mühüm addım olacaq.

Beyin cərrahiyyəsi dəqiqlik tələb edən və zəhmətli əməliyyatdır. Belə ki, cəmi bir millimetrlik şişi yanlış yoldan çıxarmaq xəstəni dərhal öldürə bilər. Beyinin mərkəzində yerləşən üzüm ölçüsündə olan hipofiz vəzini zədələməkdən də çəkinmək vacibdir. O, orqanizmin bütün hormonlarını idarə edir və onunla bağlı hər hansı problem korluğa səbəb olur. Britaniya Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasının məsləhətçisi, neyrocərrah Hani Markus deyir: "Əgər əməliyyat zamanı kiçik hərəkətlər etsəniz, o zaman şişi kifayət qədər çıxarmamaq riskiniz var. Əksinə, çox böyük sahədə əməliyyat aparsanız, bu, həqiqətən, beyinin vacib strukturlarına zərər verə bilər".

Süni intellekt sistemi bu tip hipofiz cərrahiyyəsinin 200-dən çox videosunu təhlil edib və 10 ay ərzində cərrahın 10 il qazanacağı təcrübə səviyyəsinə çatıb. "Mənim kimi cərrahlar - hətta çox təcrübəli olsanız belə - süni intellektin köməyi ilə bu sərhədi tapmaq üçün daha yaxşı iş görə bilərlər", -deyə Markus vurğulayıb. Onun sözlərinə görə, neyrocərrahlar bir neçə ildən sonra hər hansı bir insanın indiyə qədər görmədiyi və ya görə bilmədiyi daha çox əməliyyatı yerinə yetirəcək AI sisteminə sahib ola bilərlər.

AI, eyni zamanda, cərrahları beyinin lazımi nöqtəsinə daha tez yönəldəcək və əməliyyatın hansı mərhələdə olmasını müəyyən edəcək.

Milli.Az


Etiketlər:  Beyin əməliyyatlarını süni intellekt icra edəcək


RƏYLƏR