Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı bunu 40 dəqiqə nümayiş etdirdi - Şarmazanov

Bakı bunu 40 dəqiqə nümayiş etdirdi - Şarmazanov

Tarix: 23 Oktyabr 2023 12:54

Nikol Paşinyanın əlində atom silahı olsa da, müharibədə məğlub olacağıq.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının idarə heyətinin üzvü Eduard Şarmazanov deyib.

"Sensasiya! Fransa, Hindistan Ermənistana silah satmağa hazırdır. Sadəlövhlər! Məğlubiyyətimizin səbəbi silah çatışmazlığı deyil. O qədər silah-sursatımız var idi ki, Bakıdakı qələbə paradında 40 dəqiqə nümayiş edildi. Əliyevə 4-5 milyard dollarlıq silah verildi (qənimət götürülən silahlar nəzərdə tutulur - red.). "Artsax"ın o qədər silahı var idi ki, Əliyev 2 ay ərzində ermənilərin bu qədər silahı haradan aldığını düşündü.

Məğlubiyyətimizin səbəbi səhlənkar, nadan, populist və demaqoq idarəçilik", - Şarmazanov bildirib.

O qeyd edib ki, "nikolasizm" millətimizin rüsvayçı fəlakətinə səbəb oldu:

"Mənə inan: Ermənistanda Nikolun başçılıq etdiyi hökumətdə atom silahı belə olsa, biz uduzacağıq, çünki o silah Nikol və onun dəstəsinin əlində "Troya atı"na çevriləcək".

Milli.Az


Etiketlər:  Bakı bunu 40 dəqiqə nümayiş etdirdi Şarmazanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ