Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Qarabağdan gedənlərə yeni vəd verdi

Paşinyan Qarabağdan gedənlərə yeni vəd verdi

Tarix: 23 Oktyabr 2023 14:00

Qarabağdan köçən qardaş və bacılarımız üçün prioritet xərcləri qarşılamaq məqsədilə yeni maliyyə yardımı proqramına başlayırıq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində deyib.

"Noyabr və dekabr ayları ərzində yaşayış və kommunal xərclər üçün nəzərdə tutulmuş vəsaitdən əlavə dövlət büdcəsindən hər bir şəxsə 50 min dram (təxminən 120 dollar) ayrılacaq. İstisna bank hesabında müəyyən həddi aşan, dövlət tərəfindən təmin edilmiş sığınacaqlarda yaşayan və ya dövlət qayğısı altında olan şəxslər və onların ailə üzvləri olacaq", - o bildirib.

Paşinyan qeyd edib ki, Qarabağdan köçənlərə uzunmüddətli mənzil təminatı məsələlərini müzakirə etməyə başlayacağıq:

"Ümid edirəm ki, Qarabağdan olan "məcburi köçkün" qardaş və bacılarımız yaxın iki ay ərzində Ermənistanda iş tapacaqlar. Təbii ki, hökumət də bu məsələdə mümkün tədbirlərə kömək edəcək".

Ermənistan mətbuatı isə qeyd edir ki, dövlətin verdiyi mənzildə məskunlaşan vətəndaşlar pul almayacaq, öz hesabına mənzil kirayə tutanlar isə alacaqlar.


Etiketlər:  Paşinyan Qarabağdan gedənlərə yeni vəd verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ