Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Orqanizmin xəstə olduğunu bildirən – 7 həyəcan siqnalı

Orqanizmin xəstə olduğunu bildirən – 7 həyəcan siqnalı

Tarix: 24 Oktyabr 2023 00:36

Bəzən orqanizm təhlükədə olduğunu bildirsə də, insan "yenə həkim, dərman?" deyib, problemin kökünü axtarmaq istəmir və qızıl vaxtı qaçırır.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, mütləq müayinə tələb edən təhlükəli əlamətləri təqdim edir:

- Təngnəfəslik - fiziki hərəkət, iş zamanı qəfil artan təngnəfəslik ürəyin işemik xəstəliyi, ağciyər problemi və damar tıxanmasından xəbər verə bilər.

- Qarında ağrı
90% insan qarın ağrısı zamanı ağrıkəsici içib, həkimə getmir. Dərman qəbulu isə problemi maskalayıb, həkimi də yanıldır.
Qarında ağrı əzələ spazmıdır. Amma spazm boşuna olmur. Səbəblər: kolit, qastrit, peritonit, appendiks, hətta xərçəng ola bilər.

- Yuxusuzluq
Bu ciddi nevroloji pozulmadır. Həkimlər yuxu gündəliyi tutmağı tövsiyə edir. Saat neçədə neçə dəqiqəyə yatdın, gecə yarı neçə dəfə oyandın, neçədə qalxdın.
Əgər səhər tezdən eyni saatda səbəbsiz oyanırsansa, bu depressiya ola bilər. Eləcə də yuxu pozğunluğu orqanizmdə digər sistemləri pozur.

- Baş ağrıları - burda da dərmanla maskalanırsız. Baş ağrısının azı 30 səbəbi var.

- Birincili və ikincili baş ağrılarının hər biri təhlükəlidir.
Miqren, baş ağrısı, spazm mütləq müalicə olunmalıdır.

- Kəskin çəki itirmə
Əgər istəmədən, normal yeyərək getdikcə iştahınız azalırsa və arıqlayırsızsa, 2 ay ərzində minimum 5-7 kq çəki itirmisizsə, bu ya diabet, ya da xərçəng əlamətidir. Xərçəngin əlamətləri çoxdur.

- Ürəkbulanma
Banal həzm pozuntusu, qastrit və yeməklərdən, hətta stresdən ola bilər. Amma daha təhlükəli xəstəliklərin siqnalı ola bilər. Məsələn, mədəaltı vəz, mədə xərçəngi, appendiks, böyrək çatışmazlığı, bağırsaq keçməməzliyi və s.

- Daimi susuzluq və tez-tez tualetə getmək
İntoksikasiya, susuzlaşma, diabet, nefrit, böyrək problemlərindən ola bilər. Kişilərdə bu əlamət prostat xərçəngində də olur.

Milli.Az


Etiketlər:  Orqanizmin xəstə olduğunu bildirən 7 həyəcan siqnalı


RƏYLƏR