Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qəbələ”nin 2 futbolçusu diskvalifikasiya olundu

“Qəbələ”nin 2 futbolçusu diskvalifikasiya olundu

Tarix: 24 Oktyabr 2023 13:20

AFFA İntizam Komitəsi Premyer Liqanın X turunda "Araz-Naxçıvan"la keçirilən oyunda qırmızı vərəqə alan "Qəbələ"nin futbolçularının cəzalarını açıqlayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, görüşün 29-cu dəqiqəsində meydandan qovulan İlkin Qırtımov 1 oyun diskvalifikasiya olunub, "qırmızı-qaralar" 800 manat cərimələnib.

Matçın 60-cı dəqiqəsində ikinci sarı vərəqə alan Osama Xalayla da qarşıdakı bir turu buraxacaq. Bu isə "Qəbələ"ni əlavə 500 manat ziyana salıb.
 
Qeyd edək ki, oyun "Araz-Naxçıvan"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Etiketlər:  Qəbələnin futbolçusu diskvalifikasiya olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ