Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Satanovski Zaxarova və Boqdanovdan üzr istədi

Satanovski Zaxarova və Boqdanovdan üzr istədi

Tarix: 24 Oktyabr 2023 14:16

Rusiyalı şərqşünas alim Yevgeni Satanovski Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov və diplomatik departamentin rəsmi nümayəndəsi Mariya Zaxarova haqqında səsləndirdiyi təhqiramiz bəyanatlardan təəssüfləndiyini bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, bu barədə Teleqram kanalında yazıb.

"Səmimi qəlbdən üzr istəyirəm. Bunlar regiondakı vəziyyətlə bağlı yersiz emosiyalar idi. Bu sözləri üzrxahlıq kimi qəbul edin", - o bildirib.

Qeyd edək ki, bundan əvvəl Satanovski israilli jurnalistin Yutub kanalına açıqlamasında Boqdanov və Zaxarova haqqında təhqiramiz ifadələr işlədib.

Satanovskinin işlədiyi "Soloviev Live" telekanalının rəhbəri, teleaparıcı Vladimir Solovyov ekspertin sözlərini məzmun etibarilə ədalətsiz və forma baxımından qəbuledilməz adlandırıb. O, Satanovskini işdən çıxarıb.

Milli.Az


Etiketlər:  Satanovski Zaxarova Boqdanovdan üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ