Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2023 14:46
Kreml Vladimir Putinin bəzən dublyorla (oxşarlarla) əvəzlənməsi ilə bağlı şayiələri bir daha təkzib edib və bunu absurd "ağ yalan" adlandırıb.
Sonxeber.net yenisabah-a istinadla xəbər verir ki, Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib:
"Heç bir oxşar yoxdur. Bu, bir sıra KİV-lərin həsəd aparılacaq israrla müzakirə etdiyi absurd informasiya yalanları kateqoriyasına aiddir. Bu, əlbəttə, təbəssümdən başqa heç nəyə səbəb olmur".
Xatırladaq ki, bir sıra Telegram kanalları Putinin huşunu itirməsi və oxşarı ilə əvəzlənməsi barədə məlumat yayıb.