Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İslam Kərimovun nəvəsi ərindən boşanıb – Oğlan nəxunək imiş

İslam Kərimovun nəvəsi ərindən boşanıb – Oğlan nəxunək imiş

Tarix: 24 Oktyabr 2023 17:54

Özbəkistan Respublikasının birinci prezidentinin nəvəsi Məryəm Tillayeva rusiyalı videobloqer Amiran Sərdarovdan boşanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, qız ərinin ondan, onun varidatından sui-istifadə etdiyini etiraf edib.

Məryəm Tillyayeva bu barədə İnstaqram səhifəsində paylaşım edərək bildirib.

"Oxşar vəziyyətdə olan qızlar məni başa düşəcəklər. Elə bil çiyinlərimdən ağır bir yük götürüldü... 2,5 il münasibətdə rəsmi nikahda olmuşam. Bunun 8 ayını birgə yaşadıq, qalan vaxt isə bir yerdə olmadıq. İndi isə çoxdan gözlənilən bu xəbəri rəsmi olaraq elan edə biləcəyim gün gəldi - nəhayət, boşandım!" -Məryəm Tillayeva yazıb.

Artıq yenidən azad olduğunu yazan Məryəm qeyd edib ki, indi həyatda hər şey yalnız onun özüdən asılıdır. "Mən öz işlərimi, vaxtımı, maliyyə və planlarımı idarə edə bilərəm", - o yazıb.

Özbəkistan mediasının yaydığı xəbərə görə, Məryəm müsahibələrinin birində bildirib ki, ayrılmasına səbəb əri tərəfindən fiziki və mənəvi təzyiqə məruz qalması olub. Cütlük ötən ilin fevralında boşansa da, qız hələ də çətin anlar yaşayır. O qeyd edib ki, sosial şəbəkələrdə xoşbəxt və şən həyat nümayiş etdirir, amma evə gələndə yaşadıqlarını yenidən xatırlayır. Məryəm psixoloqla işləmək üçün çoxdan olduğunu etiraf edib.

M.Tillayeva iddia edib ki, bundan əvvəl o, məktəbdə oxuduğu vaxtlarda da bullinqlə üzləşib, onu təhqir ediblər, başını unitaza soxublar və döyüblər.

Qeyd edək ki, Məryəm İslam Kərimovun ikinci arvaddan olan qızı Lolanın övladıdır.

Milli.Az


Etiketlər:  İslam Kərimovun nəvəsi ərindən boşanıb Oğlan nəxunək imiş


RƏYLƏR