Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"WhatsApp" sabahdan bu telefonlarda işləməyəcək

Tarix: 24 Oktyabr 2023 19:44

Dünyanın ən böyük mesajlaşma proqramı olan "WhatsApp" oktyabrın 24-dən etibarən dahabir neçə cihazda fəaliyyətini dayandıracaq.

Milli.Az olay-a istinadən xəbər verir ki, sözügedən cihazlar "Google Nexus 7", "Sony Xperia Z", "LG Optimus G Pro", "HTC One", "Samsung Galaxy Note 4" və "Samsung Galaxy S5"-dir.

Həmçinin proqram "Google" mobil əməliyyat sisteminin və "Android 5.0"-dən daha köhnə versiyalarda mövcud olmayacaq.
Bu, brenddən asılı olmayaraq, hazırda "Android 5.0: Lollipop" və ya daha köhnə versiyalarla işləyən bütün "Android" cihazlarına təsir edəcək.
 
Milli.Az


Etiketlər:  WhatsApp sabahdan bu telefonlarda işləməyəcək


RƏYLƏR