Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günaha batmaq istəyəni islah edən ayə

Günaha batmaq istəyəni islah edən ayə

Tarix: 25 Oktyabr 2023 00:16

Əhməd ibni Səyid Abid nəql edir: "Atam mənim üçün danışmışdı ki, bizim zamanımızda Kufədə dindar bir cavan var idi. Çox xoşüzlü və görkəmli bir cavan idi. Çox vaxtını məsciddə keçirərdi.

Bir qadının gözü ona düşür və çox əziyyət çəkir. Nəhayət qərara gəlir ki, niyyətini bu cavana desin. O zaman ki, cavan məscidə gedir, qadın özünü ona çatdırır.

Deyir: "Ey cavan! İcazə ver, sənə bir kəlmə söz deyim. Onu eşit və sonra nə istəyirsənsə, onu et".

Cavan qadına etina etmir və onunla danışmır. O zaman ki, məsciddən evə qayıdır, həmin qadın yenə gəlir və deyir: "Ey cavan! Sənə bir cümlə söz demək istəyirəm, mənə qulaq as".

Cavan başını aşağı salır və deyir: "Bura töhmət yeridir. Mənə töhmət vurulmasını qəbul etmirəm".

Qadın deyir: "Ey cavan! Mən səni yaxşı tanıyıram. Burada ona görə dayanmamışam ki, səni heç tanımayam. Siz abidsiniz və şüşə kimisiniz. Çox az şey sizə ləkə vura bilər. Mənim bütün varlığım sənə giriftar olmuşdur. Mənim bu çətinliyimdə Allahı nəzərə al".

Cavan evinə gedir və namaz qılmaq istəyir, ancaq narahatlığından və təşvişdən bacarmır. Bir məktub yazır və evdən xaric olur. Görür ki, həmin qadın yenə dayanmışdır, məktubu ona verir və evinə geri qayıdır.

Məktubda yazmışdı: "Bismilləhir-Rahmənir-Rahim!

Ey möhtərəm xanım. Bil ki, insan birinci dəfə günah edəndə Allah mülayimlik edər. İkinci dəfə pərdələri yırtar. Ancaq o zaman ki, bəndə günah libasını geyinər - Allah elə qəzəblənər ki, göylər, yer, dağlar, ağaclar, canlılar ona taqət gətirə bilməzlər.

Əgər o şeyi ki, deyirsən, yalandırsa - sənə o günü xatırladıram ki, həmin gün səmalar qızmış dəmir kimi olar. Dağlar yun kimi olar və dağılar.

İnsanlar qorxusundan diz çökərlər. Allaha and olsun ki, mən özümü islah etməkdən acizəm, o ki, qaldı başqalarının islahına.

Əgər o şeyi ki, deyirsən doğrudursa - sənə elə təbib nişan verərəm ki, çətin dərdlərə əlac edər. O, aləmlərin Allahıdır.

Səmimi qəlblə Allaha üz çevir və bu ayə məni məşğul etmişdir ki, Allah buyurur: "Və onları o böyük hadisə (Qiyamət) günü ilə - öz qəm-kədərlərini udduqları halda ürəklərin (qorxu və vahimədən yerindən qoparaq) qırtlağa çatacağı zamanla qorxut! (Həmin gün) zalımların nə qohumları, nə də sözü qəbul edilən şəfaətçiləri olar". ("Ğafir" 18).

Mənim bu vəziyyətimlə necə bu ayədən keçə bilərəm ki?!".

Qadın bir neçə gün sonra yenə gəldi və cavanın yolu üstündə dayandı. Cavan evinə geri qayıtmaq istədi ki, qadın onu görməsin.

Qadın səsləndi: "Ey cavan! Geri qayıt, artıq sənə mane olmayacağam. Mənimlə sənin görüşün o biri dünyaya qalmışdır".

Qadın ona deyilən ayənin təsiri altında ağlayır və deyir: "Sənin qəlbinin açarları əlində olan Allahdan istəyirəm ki, o, bu müşkülü asan etsin".

Sonra cavanın ardınca gəlir və deyir: "Ey Allahın muxlis bəndəsi! Mənə moizə et və nəsihət ver, o zamana qədər ki, sağam - ona əməl edim".

Cavan deyir: "Sənə tövsiyə edirəm ki, özünü, öz şərindən qoruyasan. Bu ayəni sənin yadına salıram ki, buyurur: "Odur gecə sizin ruhunuzu alan, gündüz kəsb etdiyinizi bilən, sonra müəyyən (edilmiş) müddətin (ömür müddətinizin) başa çatması üçün sizi gündüz qaldıran! Sonra sizin qayıdışınız Ona tərəfdir. Həmin vaxt O, sizi əməllərinizdən xəbərdar edəcəkdir". ("Ənam" 60)".

Qadın bu ayəni eşidən zaman çox təsirlənir və ağlayır. Evinə qayıdır və Allaha ibadətlə məşğul olur.

Elə bu mütəəssir halı ilə dünyasını dəyişir...


Etiketlər:  Günaha batmaq istəyəni islah edən ayə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ