Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bihter”in ilk tizeri yayımlandı - VİDEO

“Bihter”in ilk tizeri yayımlandı - VİDEO

Tarix: 25 Oktyabr 2023 03:55

İzlənmə rekordları qıran "Aşk-ı Memnu" serialı əsasında çəkilmiş "Bihter" filminin ilk tizeri yayımlanıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ekran işi noyabrın 16-da rəqəmsal platformada təqdim olunacaq.

"TAFF Pictures"in çəkdiyi filmin ssenari müəllifi Merve Göntemdir.

Qeyd edək ki, filmdə "Bihter Ziyagil" obrazını aktrisa Farah Zeynep Abdullah, "Behlül" obrazını isə aktyor Boran Kuzum canlandırır. 

Xatırladaq ki, illər əvvəl "Kanal D"də yayımlanmış "Aşk-ı Memnu" serialında baş rolları Beren Saat (Bihter) və Kıvanç Tatlıtuğ (Behlül) canlandırıblar.


Etiketlər:  Bihterin tizeri yayımlandı VİDEO


RƏYLƏR