Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail BMT nümayəndələrinə viza verməyəcək

İsrail BMT nümayəndələrinə viza verməyəcək

Tarix: 25 Oktyabr 2023 13:48

İsrail BMT nümayəndələrinə viza verməyəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Tel-Əvivin Təşkilatdakı daimi nümayəndəsi Gilad Erdan bildirib.

Onun sözlərinə görə, bu qərarın qəbul olunmasına səbəb BMT-nin Baş katibi Antonio Quterreşin HAMAS-İsrail münaqişəsi ilə bağlı bəyanatları olub:

"HAMAS terror təşkilatı İsrail sərhədini keçib böyük əksəriyyəti mülki şəxslər olmaqla 1400 nəfəri öldürdüyü halda, Quterreş BMT Təhlükəsizlik Şurasının HAMAS-İsrail münaqişəsi ilə bağlı keçirilən iclasında deyib ki, HAMAS səbəbsiz yerə hücum etməyib və bunu etiraf etmək lazımdır".

Erdanın sözlərinə görə, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsə viza verilməsindən artıq imtina edilib.

"Onlara dərs vermənin vaxtı çatıb", - deyə o vurğulayıb.

Milli.Az


Etiketlər:  İsrail BMT nümayəndələrinə viza verməyəcək


RƏYLƏR