Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2023 16:35
Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlünün səhhətində yenidən problem yaranıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu haqda "Elgizlə izlə" verilişində deyilib. Bildirilib ki, qarmon ifaçısının beynində yeni törəmə aşkarlanıb. Daha sonra isə şişin xoşxassəli olduğu, təhlükəli xarakter daşımadığı əlavə olunub.
G.Şükürlü Axşam.az-a açıqlama verərək, hazırda vəziyyətinin yaxşı olduğunu deyib:
"Səhhətimdə bəzən problemlə yarana bilər. Elə verilişdə deyildi ki, çox ciddi problem deyil. Hər şey yaxşıdır, hazırda gözəllik salonundayam və toya hazırlaşıram. Tez-tez müayinədən keçməliyəm, edirəm də. Yenidən əməliyyata ehtiyac yoxdur".
Qeyd edək ki, bir neçə il əvvəl G.Şükürlünün beynində şiş aşkarlanmış və əməliyyat olunmuşdu.