Tarix: 2 Noyabr 2019 12:52
“Qalatasaray”ın futbolçusu Şənər Özbayraklı sıradan çıxıb.Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 29 yaşlı sağ müdafiəçi Superliqanın 10-cu turunda “Rizəspor”la oyunun (2:0) 53-cü dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.
Oyunda sonra “sarı-qırmızılı” klubun baş məşqçisi Fatih Terim Şənərin uzun müddət yaşıl meydanlardan uzaq qalacağını deyib.
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü bu mövsüm ümumilikdə, 4 oyunda meydana çıxıb.