Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HƏMAS-ın hərbi nümayəndəsinin kimliyi MÜƏYYƏNLƏŞDİ

HƏMAS-ın hərbi nümayəndəsinin kimliyi MÜƏYYƏNLƏŞDİ

Tarix: 25 Oktyabr 2023 22:08

İsrail Müdafiə Ordusu HƏMAS-ın hərbi qanadı olan Əbu-Ubeydənin nümayəndəsinin kimliyini müəyyənləşdirdiklərini açıqlayıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

HƏMAS hərbi qanadının nümayəndəsi ictimaiyyət qarşısına çıxarkən üzünü baş geyimi ilə örtürdü. Amma İsrail tərəfi onun kimliyinin bəlli olduğunu bildirib.

"Bu, HƏMAS-ın İsrailə raket atmaq üçün mülki binaların arxasında gizləndiyi kimi Əbu-Ubeydə təxəllüsü və qırmızı yaşmağının arxasında gizlənən Huzeyfə Kalutdur", - İsrail Müdafiə Ordusundan bildirilib.


Etiketlər:  HƏMAS hərbi nümayəndəsinin kimliyi MÜƏYYƏNLƏŞDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ