Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu, Cənubi Qafqazda gərginliyi azaldıb - TBMM sədri

Bu, Cənubi Qafqazda gərginliyi azaldıb - TBMM sədri

Tarix: 26 Oktyabr 2023 16:38

Azərbaycanın Qarabağı işğaldan azad etməsi Cənubi Qafqazda gərginliyi azaldıb.

Milli.Az TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.

Məlumata əsasən, o, Türkiyə və Azərbaycan arasında əlaqələrin "iki dövlət, bir millət" prinsipi ilə davam etdiyini, bölgədəki mövcud olan problemlərin sıx əməkdaşlıq sayəsində həll olunma prosesinə keçdiyini vurğulayıb.

"Biz bilirik ki, hələ də beynəlxalq platformada Azərbaycanın ədalətli mübarizəsinin qarşısını almağa çalışan bəzi dairələr var. Lakin inanırıq ki, Azərbaycan bu haqlı mübarizəni beynəlxalq arenada da qazanacaq. Fələstin-İsrail münaqişəsində iki dost və qardaş ölkə olaraq regional problemlərə ortaq həll yolları yaratmalıyıq. İlk növbədə, biz bütün gücümüzlə çalışacağıq ki, Qafqaz regionunda daimi sülh bərqərar edilsin", - deyə o vurğulayıb.

Milli.Az


Etiketlər:  Bu Cənubi Qafqazda gərginliyi azaldıb TBMM sədri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ