Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağda “qalan” xanım nazir – Çıxa bilməməsinin səbəbi…

Qarabağda “qalan” xanım nazir – Çıxa bilməməsinin səbəbi…

Tarix: 26 Oktyabr 2023 19:12

Azərbaycan XİN Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanatına dair şərhində bildirilib ki, "Kanadanın Azərbaycanla təhdid dilində danışması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz". Vurğulanıb ki, Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır.

Melani Joli timsalında son zamanlar Qərb rəsmilərinin ölkəmizə qarşı qarayaxma kampaniyası davam edir.

Maraqlıdır, bu qərəzin səbəbi nədir? Ümumiyyətlə, Kanada kimi regiondan uzaq və proseslərdən bixəbər ölkələrin məsələyə fikir bildirməsi nə dərəcədə doğrudur?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, kanadalı nazirin Azərbaycan haqda yanlış fikirləri rəsmi Bakı tərəfindən səssiz qarşılana bilməz:

"Melani Jolinin ittiham və fikirlərindən aydın olur ki, regiondakı proseslərdən xəbəri yoxdur. O və onun kimi qərbli rəsmilərdə regionda eskalasiya riskinin olması, müharibə hazırlıqlarının getdiyi fikirləri hakimdir. Halbuki region son illərin ən səssiz və sabit dövrünü yaşayır.

Azərbaycan lokal antiterror tədbirlərindən sonra Qarabağa nəzarəti bərpa etdi. Qarabağ işğaldan azad edilib. Belə olan təqdirdə hərbi gərginlik üçün heç bir səbəb yoxdur. Lakin Kanadanın verdiyi bəyanatlar bunun tam tərsini göstərir. Bu baxımdan demək olar ki, Kanada prosesləri tam izləmir və bir neçə ay öncəki vəziyyətlə bağlı açıqlamalar verir.

Azərbaycanda ermənilərin humanitar böhran içərisində olmasına dair səslənən fikirlər isə tamamilə gülüncdür. Qarabağ ermənilərin əksəriyyəti regionu tərk edib. Yəni heç bir humanitar böhran, ya da aclıq yoxdur. Nəticə etibarilə Kanadaya verilən reaksiya doğru və yerində bir addımdır".

Milli.Az


Etiketlər:  Qarabağda qalan xanım nazir Çıxa bilməməsinin səbəbi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ