Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2023 23:24
ABŞ Fələstinin Həmas hərəkatına qarşı sanksiyaları daha da sərtləşdirməyi, o cümlədən Avropadakı müttəfiqləri ilə birlikdə yeni məhdudlaşdırıcı tədbirləri tətbiq etməyi hədəfləyir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ-nin maliyyə naziri Janet Yellen bu barədə "Bloomberg TV"də danışıb.
Onun sözlərinə görə, Vaşinqton HƏMAS-ın maliyyələşdirilməsini məhdudlaşdırmaq imkanlarını nəzərdən keçirir.
Yellen əlavə edib ki, ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo region ölkələri ilə HƏMAS-a qarşı yeni sanksiyaları müzakirə etmək üçün tezliklə Avropaya səfər edəcək.