Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2023 23:40
Bir zamanlar "Mənim stilim" moda teleproqramı ilə tamaşaçıların sevimlisinə çevrilmiş sosial şəbəkə fenomeni Neslihan Doğrusöz bir sıra əməliyyatlar keçirərək kişiyə çevrilmişdi.
Zərif və gözəl xanım kimi bəyənilən Neslihan adını əməliyyatdan sonra Doruk olaraq dəyişdirmiş, xarizmatik, metroseksual kişi kimi yenidən göz önündə olmağa davam etmişdi.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, Doruk bu günlərdə üzündə yeni estetik əməliyyat etdirib. O çənə xəttini bir qədər daha da genişləndirib.
İzləyicilər Dorukun görünüşünü bəyəndiklərini, onun nə zamansa qadın olmasına inanmaqda çətinlik çəkdiklərini yazıblar. Bir nəfər xanım, "əvvəllər evlənməzdən öncə qızların keçmişini araşdırırdılar, indi oğlanın da keçmişini araşdırmaq lazımdır", deyə yazıblar.