Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Böyük Fələstin'' olacaq: milyonlar qatılacaq - FOTO

''Böyük Fələstin'' olacaq: milyonlar qatılacaq - FOTO

Tarix: 27 Oktyabr 2023 11:24

Türkiyə bir neçə ərəb ölkəsinin liderlərini Fələstinə dəstək nümayişində iştirak etməyə dəvət edib

Bu barədə Türkiyənin "Sabah" xəbər saytı öz mənbələrinə istinadən məlumat yayıb.  Ankaranın Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Livan və Liviya liderlərini oktyabrın 28-də İstanbulda keçirilməsi planlaşdırılan "Böyük Fələstin" adlı kütləvi nümayişdə iştiraka dəvət etdiyi bildirilir.

Bundan başqa, "Böyük Fələstin" mitinqində MHP lideri Dövlət Baxçalı, BBP sədri Mustafa Destici, Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan, Hüda-Par sədri Zekeriya Yapıcı və DSP sədri Öndər Aksakal da iştirak edəcək.

Atatürk Hava Limanında keçiriləcək mitinqə media, idman, incəsənət, iş dünyası və Fələstin diasporundan bir çox nüfuzlu şəxslərin qatılacağı mitinqə milli və beynəlxalq media qurumlarının nümayəndələri ilə yanaşı, İstanbul başda olmaqla ölkənin hər yerindən milyonlarla vətəndaşın iştirakı gözlənilir.

Oktyabrın 23-də Türkiyənin Anadolu xəbər agentliyi bu aksiyada Ərdoğan və digər yüksək səviyyəli türk rəsmilərinin iştirak edəcəyini bildirib.

Milli.Az


Etiketlər:  Böyük Fələstin olacaq milyonlar qatılacaq FOTO


RƏYLƏR