Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“The Beatles”ın son mahnısı işıq üzü görəcək - FOTO

“The Beatles”ın son mahnısı işıq üzü görəcək - FOTO

Tarix: 27 Oktyabr 2023 21:50

İngiltərənin "The Beatles" rok qrupunun son mahnısı tezliklə işıq üzü görəcək.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, qrupun rəsmi saytında bildirilir ki, "Now and then" adlanan bəstə noyabrın 2-də London vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə 18:00-da) yayım platformalarında səslənəcək.

Mahnını 1970-ci illərdə Con Lennon yazıb və ifa edib. Təxminən əlli il sonra qrupun hazırda yaşayan iki üzvü - Pol Makkartni və Rinqo Starr musiqi parçasına yeni nəfəs verib.

Kifayət qədər keyfiyyətsiz bir kasetdə yazılmış mahnı əslində süni intellektdən istifadə edilərək yenidən bərpa olunub.


Etiketlər:  Beatlesın mahnısı işıq üzü görəcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ