Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2023 22:15
Sülhdən, sülh müqaviləsindən agızdolusu danışan Ermənistanın hələ də Azərbaycanın suverenliyini təhdid edən, onun daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirilən belə açıqlamaları tamamilə qəbuledilməzdir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın Qarabağ bölgəsinə UNESCO missiyasının göndərilməsinin vacibliyi ilə bağlı açıqlamasına cavabında yer alıb.
"Hesab edirik ki, A.Mirzoyan başda olmaqla erməni diplomatiyasının UNESCO ilə bağlı ilk işi Azərbaycan xalqının mədəni irsinin monitorinqi məqsədilə bu təşkilatın faktların araşdırılması missiyasının Ermənistana səfərinə imkan yaratmaq olmalıdır", - İcmadan əlavə edilib.