Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Ərdoğanı təbrik etdi

Putin Ərdoğanı təbrik etdi

Tarix: 29 Oktyabr 2023 17:12

Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Cümhuriyyətin elan edilməsinin 100 illiyi münasibətilə təbrik edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Ötən əsrdə ölkəniz bir çox çətinliklərin öhdəsindən gəlib, iqtisadi, sosial və digər sahələrdə hamı tərəfindən qəbul edilmiş uğurlara imza atıb. Türkiyə haqlı olaraq dünya miqyasında yüksək nüfuza malikdir".

Putin qeyd edib ki, Rusiya-Türkiyə münasibətləri dostluq və mehriban qonşuluq ruhunda inkişaf edir.

"Bunu Soçidəki son görüşümüz də tam təsdiq etdi. Müxtəlif sahələrdə əməkdaşlıq yaxşı nəticələr verir, böyük birgə layihələr sistemli şəkildə həyata keçirilir. Moskva və Ankara regional və qlobal gündəmdəki mühüm məsələlərin həllində səyləri uğurla əlaqələndirirlər. Əminəm ki, biz dost xalqlarımızın rifahı naminə, daha ədalətli və demokratik dünya düzəninin qurulması maraqları naminə ikitərəfli əlaqələrin bütün spektrini bundan sonra da ardıcıl olaraq artıracağıq. Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə xoşbəxtlik və firavanlıq arzulayıram", - Putin vurğulayıb.


Etiketlər:  Putin Ərdoğanı təbrik etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ