Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2023 17:32
İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatı planlarını dayandırıb və ABŞ ilə razılaşaraq onları bir neçə məhdud əməliyyatla əvəz edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, "ən azı ilkin mərhələdə daha məhdud quru əməliyyatları keçirmək qərarı ABŞ-nin müdafiə naziri Lloyd Ostinin israilli həmkarlarına bu yaxınlarda verdiyi təkliflərə uyğundur".
Məqalədə deyilir ki, İsrailin əməliyyatı ilə bağlı ilkin planlar ABŞ rəsmilərini narahat edib.
Pentaqonun nümayəndələri və amerikalı ekspertlərin fikrincə, İsrail mərhələli əməliyyat keçirir və bu əməliyyat zamanı Qəzzada HƏMAS yaraqlıları aşkar edildikdən sonra daha böyük qüvvələr işə düşəcək. Nəşr Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Mik Malroyun sözlərini sitat gətirib: "Zəif tərəflər və boşluqlar aşkar edilən kimi, əsas zərbə qüvvələr gətirilir".
İraqda xidmət etmiş ABŞ-nin ehtiyatda olan generalı Frederik Hodces deyib ki, bu taktika İsrail qüvvələrinin "itkiləri məhdudlaşdırmaq, həmçinin binalara dəyən zərəri azaltmaq" üçün bir üsuldur.