Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ferstappen "Formula 1"də yeni rekorda imza atıb

Ferstappen

Tarix: 30 Oktyabr 2023 09:38

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula 1" dünya çempionatının 19-cu mərhələsində - Meksika Qran Prisində qalib olub.

Milli.Az "report"a istinadən bildirir ki,  yarışda ikinci yeri "Mercedes" komandasının üzvü, britaniyalı Lyuis Hamilton tutub.

İlk üçlüyü "Ferrari"dən Şarl Lekler tamamlayır.

Ferstappen bu mövsüm 16-cı qələbəsini qazanıb və bu göstəriciyə görə rekorda imza atıb. Əvvəlki rekord da 2022-ci ildə 15 qələbə ilə Ferstappenə məxsusdur.

Milli.Az


Etiketlər:  Ferstappen Formula 1də yeni rekorda imza atıb


RƏYLƏR