Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2023 10:05
İsraillə Qəzza zolağı arasında münaqişənin kəskinləşməsindən sonra İsraildə yaşayan və ya oraya müvəqqəti səfər edən bir neçə rusiyalı məşhur ölkəni tərk edib.
Sonxeber.net sfera.az-a istinadən bu sənətçilərdən bəzilərinin siyahısını təqdim edir:
Alla Puqaçova əkizləri Harri və Liza ilə İsraildən Kiprə köçüb. Qeyd olunur ki, müğənninin adada mülkləri var və o yaxın zamanda Kipr pasportu ala bilər.
Maksim Qalkin də həyat yoldaşı Alla Ouqaçova və əkizləri ilə birlikdə İsraili tərk edərək Kiprə yerləşib. O, sosial şəbəkədə Avropanı gəzmək üçün İsraili tərk etdiyini açıqlayıb.
Maksim Leonidov 2022-ci ildən İsraildə yerləşmişdi. Qəzza zolağında mühraibə başlayandan sonra bəstəkar bir neçə gün bomba sığınacağında qalıb. Daha sonra o, konsert təşkil etməyi planlaşdırdığı Parisə gedib.
Mixail Shats oktyabrın 7-də İsraildən Avropaya yola düşüb. TV aparıcısı daha sonra sosial şəbəkədə qeyd edib ki, planlaşdırılan səfərəə atəş başlamazdan əvvəl gedib və artıq geri qayıdıb.
Natalya İonova Qəzza zolağında atışmaların başladığı gün İsraildə olub. O, amerikalı müğənni Bruno Marsın konsertində iştirak etmək üçün əri və uşaqları ilə ölkəyə gəlsə də, çıxışı ləğv edilib. İonova və ailəsi Moskvaya qayıdana qədər iki gün bomba sığınacağında qalıblar.