Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2019 12:00
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone futbolçusu Dieqo Kostayla bağlı fikirlərini açıqlayıb.
Qol.az xəbər verir ki, Kosta dünən La Liqanın 12-ci turunda “Sevilya” ilə səfər matçında (1:1) penaltini dəqiq vura bilməyib.
Matçdan sonra keçirilən mətbuat konfransında argentinalı mütəxəssis bildirib ki, o, Kostanın hazırkı durumundan razıdır: “Kosta kimi daim üz üzərində ürəklə çalışan insanlara etibar etməkdə davam edəcəyəm. Hazırda Dieqo yaxşı fiziki formadadır. O, məşqlərdə əla çalışır, amma qol vura bilmir. Lakin sən ya Kosta ilə olmalısan, ya da onsuz. Mən ona həyatımı verməyə hazıram”.