Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2023 01:30
Yapon xurması kimi tanınan və Azərbaycanda bol yetişən xurma bədəni cavanlaşdırır, gözləri sağlamlaşdırır, təzyiqi salır.
Sonxeber.net medicina.az-a istinadən xurmanın önəmli faydalarını təqdim edir.
1. Gözləri itiləşdirir
A vitamini ilə zəngin olduğundan buynuz qişa və konyuktivitin funksiyasını yaxşılaşdırır. Uşaqlara bu məqsədlə xurma vermək faydalıdır.
Vitamin A böyrək, ürək, ağciyərlər üçün də vacibdir.
2. İmmuniteti möhkəmləndirir
C vitamini ilə infeksiya, bakteriyalardan qorunacaq, kollagen sintezini artırır, antioksidant təsiri edir. Xurma astma, ürək-damar xəstəlikləri, bəzi növ xərçəng xəstələrində faydalıdır.
3. Həzmi yaxşılaşdırır, bağırsaqları işlədir
Xurma lifli məhsuldur, qəbizliyə qarşıdır. Orqanizmdə zülalın mənimsənilməsini yaxşılaşdırır, hətta ishalı da dayandırır.
Ağız boşluğu və boğaz iltihabında da müalicəvi təsir edir
4. Diabet xəstələrinə vacibdir
Xurma şirin olsa da, arada bir ədəd də olsa yemələri lazımdır. Çünki xurmada biloji aktiv maddələr var ki, diabet xəstələrində stresi azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır. Liflə zəngin olduğu üçün aclıq hissini azaldır, qanda şəkərin miqdarını tənzimləyir
5. Enerjini artırır
Xurma kaliy və elektrolitlərlə zəngindir. Kliniki tədqiqatlara görə, kaliy yüksək təzyiqi salır, damarları tənzimləyir. Bir stəkan xurma günün enerjisini təmin edir.
6. Xərçəngə qarşı
Xurma yeni törəmələrin və şiş hüceyrələrinin artmasına qarşı effektiv mübarizə aparır. O, ərik və balqabaqdan sonra ikinci yeri tutur.
Beta karotinlə zəngin olduğu üçün sərbəst radikalları zərərsizləşdirir, güclü antioksudantdır.
7. Qanazlığı, anemiyaya qarşı
Xurma dəmirlə zəngindir, anemiyası olanlara 50-100 ml xurmanı gündə 2 dəfə yemək lazımdır. Sinir sistemini sakitləşdirir, depressiyaya qarşıdır.