Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əgər HƏMAS-la atəşkəs olarsa... - Netanyahu

Əgər HƏMAS-la atəşkəs olarsa... - Netanyahu

Tarix: 31 Oktyabr 2023 08:56

İsrail Qəzzada atəşkəslə razılaşmayacaq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ötən gün keçirdiyi brifinqdə bildirib.

Netanyahu hesab edir ki, atəşkəs İsrailin HƏMAS-a təslim olması anlamına gəlir:

"Mən İsrailin atəşkəslə bağlı mövqeyinə aydınlıq gətirmək istəyirəm. ABŞ Pörl Harborun bombalanmasından sonra və ya 11 Sentyabrda atəşkəsə razı olmadığı kimi, İsrail də oktyabrın 7-də baş vermiş dəhşətli hücumdan sonra HƏMAS-a qarşı hərbi əməliyyatları dayandırmağa razı olmayacaq".

Qeyd edək ki, Yaxın Şərqdə müharibə oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə irimiqyaslı raket zərbəsi endirməsindən və HƏMAS döyüşçülərinin sərhədyanı ərazilərə daxil olmasından sonra başlayıb.


Etiketlər:  Əgər HƏMAS atəşkəs olarsa Netanyahu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ