Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi ''Qızıl top''u kimə həsr etdi?

Messi ''Qızıl top''u kimə həsr etdi?

Tarix: 31 Oktyabr 2023 10:58

"İnter Mayami"nin hücumçusu Lionel Messi qazandığı 8-ci "Qızıl top"unu əfsanəvi Dieqo Maradonaya həsr edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu mükafatı Maradonanın 63-cü doğum günündə alıb.

O, bununla bağlı deyib: "Dieqonu xatırlayıram, bu gün ad günüdür və onu təbrik etmək üçün onun kimi futbolu sevən bir çox insanın əhatəsində olmaqdan daha yaxşı yer yoxdur. Ad günün mübarək, Dieqo, bu mükafatı səninlə bölüşürəm".

Xatırladaq ki, ötən gecə Fransanın "France Football" qəzeti tərəfindən son mövsümün mükafatlandırma mərasimi keçirilib. Səsvermənin nəticələrinə əsasən, "Qızıl top" mükafatını Lionel Messi alıb. Bu mükafat Messinin karyerasında 8-ci olub. Heç kim "Qızıl top"u onun qədər qazanmayıb.

Milli.Az


Etiketlər:  Messi Qızıl topu kimə həsr etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ