Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən qısa evliliyi

Dünyanın ən qısa evliliyi

Tarix: 31 Oktyabr 2023 15:50

Ən xoşbəxt günündə ayağı büdrəyib yıxılmaq elə də böyük problem deyil. Amma həyat yoldaşı olmağa hazırlaşan bəy bu səbəbdən gülüb "axmaq" desə, vəziyyət dəyişər.

Sonxeber.net sfera.az-a istinadən tarixə 3 dəqiqəlik evlilik kimi düşmüş hadisənin qısa təfərrüatlarını təqdim edir.

Küveytdə bir cütlük evlənməyə hazırlaşarkən kiçik sürpriz yaşayıb. İmza atdıqdan sonra büdrəyərək yerə yıxılan gəlini bəyin ələ salmasına görə evlilik düz 3 dəqiqə çəkib.

Büdrəyib yıxılan gəlin bəyin ona "axmaq" dediyini eşidəndə çox əsəbiləşib və qeydiyyat şöbəsindən onların nikahını pozmasını istəyib.

Əsəbiləşən gəlin haqlı olaraq evliliyini davam etdirmək istəməyib. Cütlüyün evliliyi bəyin gəlinə "axmaq" deməsi və hamının gözü qarşısında gülməsi səbəbindən cəmi 3 dəqiqə davam edib.

Küveytdə "ən qısa evlilik" kimi tarixə düşən hadisədə bəyə çoxlu sərt reaksiyalar olduğu kimi, gəlinə də dəstək dayanmadan davam edib.

Bir çox insan: "Nə olacağını əvvəldən bəlli edib, ondan ayrılmaqla, ən doğru qərarı vermisən" və ya "Hörmətsiz evlilik əvvəldən uğursuz olan evlilikdir" kimi şərhlərlə gəlinə dəstək olub.


Etiketlər:  Dünyanın qısa evliliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ