Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2023 18:38
Hindistandan olan kişi 27 ildir ki, arvadını məhkəmə yolu ilə boşamağa çalışır.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 1996-cı ildə Nirmal Panesar boşanma üçün rayon məhkəməsinə müraciət edib. Arvadı ailəni dağıtmaq istəmədiyini bəyan edib və ona görə də hakim qadının tərəfini tutub.
O vaxtdan bəri 89 yaşlı təqaüdçü Hindistanın Ali Məhkəməsi vasitəsilə boşanmağa çalışsa da, oradan da hər dəfə rədd cavabı verilir.
Son iclasda məhkəmə cütlüyün nikahının "ümidsiz" olduğuna qərar versə də, bildirib ki, "bu, boşanma üçün kifayət etmir".