Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden “Helluin” şənliyində uşaqdan “qorxaraq” əlindəki konfeti yerə saldı

Bayden “Helluin” şənliyində uşaqdan “qorxaraq” əlindəki konfeti yerə saldı

Tarix: 1 Noyabr 2023 10:56

ABŞ Prezidenti Co Bayden Ağ Evdə "Helluin" bayramını qeyd etmək üçün keçirilən tədbir zamanı Dart Veyder maskası taxan uşaqdan "qorxub". Əlləri titrəyən Bayden uşağa hədiyyə verməli olduğu konfetin birini yerə salıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ liderinin bu davranışını əks etdirən video internetdə yayılıb. İzləyicilər Baydeni ələ salıblar.

Belə ki, şərhçilərdən biri Ağ Evin rəhbərini "Qoca Pennyvayz" adlandırıb. Qeyd edib ki, Baydenin ətrafındakı uşaqlar hədiyyələrin sevincini yaşamaqdan daha çox çaşbaş qalıblar.

"O şirniyyatlarlardan uzaq durardım! Onlar insanı uyuda bilər!" - deyə başqa bir sosial şəbəkə istifadəçisi yazıb.

Xatırladaq ki, Prezident Co Bayden və birinci xanım Cil Bayden " Hallo-READ!" tədbirinə ev sahibliyi ediblər. Ağ Ev rəhbərinin həyat yoldaşı Cil Bayden də Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edib. O, saxta qulaqlar və süni tüklər taxaraq, üzünə bığ çəkərək pişik obrazı yaradıb.

Milli.Az


Etiketlər:  Bayden Helluin şənliyində uşaqdan qorxaraq əlindəki konfeti yerə saldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ