Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2023 15:25
Ötən ilin yanvarında müğənni Sevda Sanaliyevanın sosial şəbəkə hesabında paylaşdığı fotoda nişan barmağına brilliant daşlarla bəzədilmiş üzük taxması onun 3-cü dəfə ərə getməsi kimi xəbərlərin yayılmasına səbəb oldu.
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, sənətçi uzun müddətdən sonra "Rəngarəng səhər" verilişinə çıxaraq haqqında gəzib-dolaşan evlilik söz-söhbətlərinə son qoyub.
Sevda bildirib ki, sözügedən üzüyü özünə hədiyyə edib və bunun 3-cü dəfə ailə qurması ilə heç bir əlaqəsi yoxdur:
"Bu, mənim səhvim idi. Həmin gün özümə brilliant üzük hədiyyə almışdım. Amma səhvim onda oldu ki, üzüyü nişan barmağıma taxdım və üstəlik Kutsinin "Benimle evlenirmisin?" mahnısı ilə fotomu sosial şəbəkə hesabımda paylaşdım. Heç bilmirəm, bunu niyə etdim. Üstündən heç yarım saat keçmədi ki, gündəm oldu. Bu üzüyün 3-cü dəfə evliliklə heç bir əlaqəsi yoxdur".
Proqramın gedişatında verilişin aparıcısı Zaur Nəbioğlu "Sizə bir məşhur müğənni evlilik təklifi edib?" sualı ilə S.Sanaliyevaya müraciət edib.
Müğənni isə cavabında bunun şayiə olduğunu bildirib:
"3-cü dəfə ailə qurmaq kimi bir fikrim yoxdur. 2 övlad böyüdürəm. Onları isə tək böyüdürəm. Uşaqlarımın bütün məsuliyyəti isə mənim üzərimdədir. Bunun üçün isə atdığım hər addımıma diqqət və fikir verməliyəm. Mənə heç bir məşhur müğənni tərəfindən evlilik təklifi olmayıb. Belə bir şey yoxdur. Heç belə bir təklifin olmasını belə istəmirəm.
Bütün həyatımı həsr etmişəm 9 yaşlı oğluma və 8 yaşlı qızıma. Üçüncü dəfə ailəni axı necə qura bilərəm? Bu barədə isə ümumiyyətlə danışmaq istəmirəm. İstəmirəm ki, belə bir xəbərlər də yazılsın. Uşağım o xəbərləri oxuya bilər və pis olar. Heç vaxt ailə qurmaram sözünü demirəm. O sözlə çox razıyam. Uşaqlarıma qarşı çox həssasam.
Nə qızımın, nə də ki, oğlumun qarşısına yad kişini gətirə bilmərəm. Onlar böyükdürlər artıq. Bələkdə olsaydılar, bu başqa məsələ. Birinci növbədə övladlarımdır, sonra mənim işimdir. Sənəti kənara ata da bilərəm, heç vecimə də deyil. Çünki onlara ziyan gələ bilər. Oğlum mənə desə ki, sənəti at, əlbəttə ki ataram.
Oğlum ne deyir, onu da edirəm. Oğlumun nədən xoşu gəlmirsə, o mənim üçün əmrdir. Uşaqlarıma ata əvəziyəm. O boşluğu da mən doldururam.
Oğlumun da qızımın da başı dik olmalıdır. Həyatımda kişi də, ata da mənim oğlumdur, qızım isə anamdır.
İki dəfə ailə qurdum, amma alınmadı. Daha bəsdir. Çox xoşbəxt və hüzurluyam. Bütün günü evdə uşaqlarımla bir-birimizə "səni sevirəm" deyə-deyə yaşayıram. Uşaqlarım mənsiz yaşaya bilmirlər. İşdən evə gələndə onlar mənim ayağımı, əlimi masaj edib, öpüb, qucaqlayırlar".
Qeyd edək ki, S.Sanaliyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutub. Elə həmin ilin sentyabrında sənətçi üç aylıq hamilə olduğunu açıqlayıb. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə 2016-cı ilin avqustunda doğulub. O, qızının atasının Cəmil bəy olduğunu, onunla evləndiyini mediaya açıqlayıb.