Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2023 01:16
Uca Allah buyurur: "And içirəm Qiyamət gününə! And içirəm peşmançılıq çəkən nəfsə! İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik. Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik. Lakin insan bundan sonra da günah etmək fikrindədir. O: "Qiyamət günü nə vaxt olacaq!"- deyə rişxəndlə soruşur. Gözlər bərələ qalacağı, ay tutulacağı və günəşlə ayın qovuşacağı zaman - o gün insan deyəcəkdir: "Hara qaçaq?" Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq. O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır. O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir" (əl-Qiyəmə, 1-13).
"Günəş sarınacağı zaman, ulduzlar soluxub sönəcəyi zaman, dağlar hərəkətə gətiriləcəyi zaman, boğaz dəvələr başlı-başına qalacaqları zaman, vəhşi heyvanlar bir yerə toplanılacağı zaman, dənizlər alovlanacağı zaman, hər kəs öz tayına qovuşdurulacağı zaman, diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman - hansı günaha görə öldürülmüşdür; səhifələr açılacağı zaman, göy qopardılacağı zaman, Cəhənnəm alovlandırılacağı zaman və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman, hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir" (ət-Təkvir, 1-14).
"Göy yarılacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman; Yer dümdüz ediləcəyi, içindəkiləri kənara atıb boşalacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman; Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan! Kimin kitabı sağ əlinə veriləcəksə, o, yüngül sorğu-suala tutulacaq və sevincək öz ailəsinə qayıdacaqdır! Kimin kitabı arxa tərəfindən veriləcəksə, o özünə ölüm diləyəcək və alovlu oda atılacaqdır!" (əl-İnşiqaq, 1-12).