Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düyünü bişirəndən sonra uzun müddət saxlamayın, yoxsa...

Düyünü bişirəndən sonra uzun müddət saxlamayın, yoxsa...

Tarix: 3 Noyabr 2023 05:09

Bişmiş və otaq temperaturunda qalan düyü "bacillus cereus" adlı təhlükəli bakteriyalar üçün çoxalma yeri ola bilər. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu bakteriyalar kifayət qədər istiliyə davamlı olduqlarına görə, onları öldürmək üçün qaynatmaq və qızdırmaq kifayət etmir.

Düyü bişdikdən sonra onu dərhal süfrəyə vermək və ya dondurucuya qoymaq məsləhətdir. Bişmiş düyü otaq temperaturunda bir saatdan çox qalmamalıdır. "Bacillus cereus" bakteriyası qida zəhərlənməsinə səbəb olur.

Yüksək temperatura, su çatışmazlığına və digər fiziki amillərə davamlı torpaq mikroorqanizmidir. Yoluxduqda yüksək hərarət və ümumi intoksikasiya baş verir. Bəzi hallarda qaraciyər funksiyasına ciddi ziyan vurur və ölümcül nəticələr mümkündür.


Etiketlər:  Düyünü bişirəndən sonra uzun müddət saxlamayın yoxsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ