Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paulo Dibaladan model sevgilisinə sürpriz evlilik təklifi - FOTO

Paulo Dibaladan model sevgilisinə sürpriz evlilik təklifi - FOTO

Tarix: 3 Noyabr 2023 05:38

"Roma"nın ulduzu Paulo Dibala model sevgilisi Oriana Sabatiniyə evlilik təklifi edib. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki,  Dibala İtaliyanın Roma şəhərindəki Sevgi fontanına pul atarkən sevgilisinə evlilik təklifi edib.

2022-2023 mövsümündə "Yuventus"dan "Roma"ya transfer olunan Paulo Dibala son 2 mövsümdə 45 oyuna çıxıb. Dibala "Roma"nın heyətində 20 qol vurub, 9 məhsuldar ötürmə edib.

Paulo Bruno Exequiel Dibala, 1993-cü il noybarın 5-də anadan olub, Argentina milli komandasının futbolçusudur. O, A Seriyasının komandalarından olan "Roma" da oynayır.

Karyerasına 2011-ci ildə Argentinanın "İnstituto" klubunda başlayıb, 2012-ci ildə İtaliyanın "Palermo" klubuna transfer olunub. 2015-ci ildə "Yuventus"a transferə keçib və ilk mövsümündə İtaliya Kubokunu və İtaliya Superkubokunu qazanıb.


Etiketlər:  Paulo Dibaladan model sevgilisinə sürpriz evlilik təklifi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ