Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2023 16:30
Almaniya xarici işlər naziri Annalena Berbok və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü "X" hesabında bildirib.
Onun sözlərinə görə, XİN rəhbərləri arasında təkbətək görüş baş tutub.
Nazirlərin hazırda geniş tərkibli görüşü keçirilir.
Xatırladaq ki, Almaniya xarici işlər naziri regiona səfəri çərçivəsində Azərbaycana da gələcək.