Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə bu ölkə ilə qazanacaq: 5 ildən sonra 40 milyard dollar

Türkiyə bu ölkə ilə qazanacaq: 5 ildən sonra 40 milyard dollar

Tarix: 3 Noyabr 2023 18:36

Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında atılan normallaşma addımları ticarətə müsbət təsirini davam etdirir. Belə ki, iki ölkə arasında əməkdaşlıq müqaviləsi imzalanıb və ticarət hədəfi açıqlanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Türkiyə ilə ticarəti artırmaq istədiklərini ifadə edən BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd Əl Zeyoudi "Biz özəl sektorun bu yaxın əlaqələrdən və razılaşmalardan faydalanmasını təmin etmək istəyirik. Əminəm ki, Türkiyə ilə BƏƏ arasında 5 ildən sonra 40 milyard dolları görəcəyik" deyə bildirib.

Nazir Türkiyə ilə BƏƏ arasında qeyri-neft ticarətinin 18 milyard dollara çatdığını bildirib.

Zeyoudi Türkiyəyə səfərindən məmnunluğunu ifadə edib.

Məlumata əsasən, BƏƏ Türkiyənin Körfəz bölgəsindəki ən mühüm ticarət tərəfdaşlarından biridir. Türkiyənin BƏƏ-yə ixracatında istehlak malları 58,6 faizlə birinci yerdədir.

Milli.Az


Etiketlər:  Türkiyə bu ölkə ilə qazanacaq 5 ildən sonra 40 milyard dollar


RƏYLƏR