Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alla Puqaçova Rusiyada belə görüntüləndi - VİDEO

Alla Puqaçova Rusiyada belə görüntüləndi - VİDEO

Tarix: 3 Noyabr 2023 19:15

Xəbər verdiyimiz kimi, Rusiyanın Xalq artisti Alla Puqaçova gizlicə Rusiyaya qayıdıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bunu əks etdirən görüntülər Rusiyanın teleqram kanallarında yayılıb. Videoların birində onun Pskovda qatardan düşdükdən sonra iki nəfərin müşayiəti ilə platformada olduğu yer alıb. Digəri isə Puqaçova qara rəngli avtomobili ilə Qryazdakı qəsrinə daxil olarkən lentə alınıb.

Qeyd edək ki, Alla ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb.

Milli.Az


Etiketlər:  Alla Puqaçova Rusiyada belə görüntüləndi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ