Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur mütəxəssis karyerasını başa vurdu

Məşhur mütəxəssis karyerasını başa vurdu

Tarix: 3 Noyabr 2023 22:50

Rumıniyalı mütəxəssis Mirça Luçesku Kiyev "Dinamo"sunun baş məşqçi postunu tərk edərək karyerasını bitirdiyini açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu sözləri "ağ-göylər"in çalışdırıcısı Ukrayna Premyer Liqasının 13-cü turunun Donetsk "Şaxtyor"u ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib. Oyun "Şaxtyor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Hər şeyin sonu çatır. "Şaxtyor"la oyun "Dinamo"nun rəhbərliyində sonuncu oyunum oldu. Bu gün oyun haqqında danışmaq istəməzdim. Demək istəyirəm ki, Ukrayna futboluna 15 il vaxt vermişəm. Bu, futbolçularımla, "Şaxtyor"la vidalaşdığım son oyun idi.

Hər kəsə təşəkkürlər. Mən bunu başqa cür bitirmək istərdim, amma hər şey sona çatır - futbolçu karyeram, sevgim, həyatım. Hər şeyin başlanğıcı və sonu var.

Əminəm ki, həm "Dinamo"nun, həm də Ukraynanın gələcəyi var. Bütün bu müddət ərzində yaşamaq mənim üçün çox çətin idi - müharibə, azarkeşlərin olmaması, hər oyundan əvvəl sükut dəqiqələri. Bu mənim üçün çətindir. İllər keçdikcə daha sentimental olursunuz.

Bu baxımdan hər oyun mənim üçün getdikcə çətinləşirdi. Daim cəbhədə həlak olan dinc əhali haqqında düşünürəm. Bunu futbolla birləşdirmək çətindir.

Hər kəsə təşəkkürlər. Ukrayna futboluna təşəkkür edirəm. Bu 15 il ərzində Ukraynaya təşəkkür edirəm. Hər kəsə sülh, sağlamlıq və xoşbəxt gələcək arzulayıram", - Luçesku bildirib.

Milli.Az


Etiketlər:  Məşhur mütəxəssis karyerasını başa vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ