Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2023 23:18
Azərbaycan Premyer Liqanın 12-ci turunda "Turan Tovuz"a qarşı keçirilən oyunda huşunu itirərək xəstəxanaya aparılan "Səbail"in kapitanı Ağabala Ramazanovun son durumu açıqlanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov futbolçunun həkim nəzarətində olduğunu deyib:
"Ağabala hazırda həkim nəzarətindədir. Lakin hazırda durumu qeyri-müəyyəndir. Yekun müayinədən sonra vəziyyətinin nə yerdə olduğunu biləcəyik".