Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“The Beatles” qrupunun son mahnısı yayımlandı

“The Beatles” qrupunun son mahnısı yayımlandı

Tarix: 4 Noyabr 2023 04:55

İngiltərənin "The Beatles" rok qrupunun son mahnısı rəsmi olaraq yayımlanıb. 45 il öncə yazılmış "Now and Then" kompozisiyası qrupun tarixində bütün üzvlərin bu və ya digər şəkildə iştirakı ilə ərsəyə gəlmiş son əsər olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dörd dəqiqə səkkiz saniyəlik mahnı BBC radiosunda yayımlanıb və eyni vaxtda dünyanın bütün aparıcı yayım platformalarında peyda olub.

Noyabrın 3-də mahnının nüsxələri CD, vinil və kasetdə satışa çıxarılacaq.

Qeyd edək ki, "Now and Then" Con Lennon tərəfindən 1978-ci ildə bəstələnib.

Milli.Az


Etiketlər:  The Beatles qrupunun son mahnısı yayımlandı


RƏYLƏR