Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərə getdiyi futbolçu haqda məlumatları atasından alan gözəl - FOTOlar

Ərə getdiyi futbolçu haqda məlumatları atasından alan gözəl - FOTOlar

Tarix: 4 Noyabr 2023 08:12

Paulo Dibala diz bağındakı zədə səbəbindən bir aylıq yaşıl meydanlardan uzaq düşüb. Həkimlər onun noyabrın 13-də qayıdacağını gözləyirlər və argentinalının sağalmasının gecikməyəcəyinə inanmaq üçün əsaslar var. Çünki çərşənbə axşamı o, sevgilisi Oriana Sabatiniyə evlilik təklifi etmək üçün Roma küçələrində asanlıqla zədəli olan dizi üstə çöküb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, cütlük həmin anı sosial şəbəkədə paylaşıb. Onlar Romanın tam mərkəzində, yəni Trevi Fəvvarəsində qucaqlaşdıqları bir fotoşəkil dərc ediblər.

2018-ci ilin yayında Oriana, Culian Serrano ilə üç illik münasibətini pozub. Dibala isə model Antonella Kavalieridən ayrılıb. Paulo müğənnini sosial mediada izləyib. bir gün ona mesaj göndərmək üçün cəsarətini tapıb.

Sabatini əvvəlcə sirli pərəstişkarının kimliyinə şübhə edib. O, hətta məşhur futbolçu haqqında daha çox məlumat toplamaq üçün atasına müraciət edib.

Oriana 90-cı illərin sonlarında məşhur olan argentinalı aktyorlar Osvaldo Sabatini və Ketrin Fulopun qızıdır. Osvaldonun bacısı əfsanəvi argentinalı tennisçi Qabriela Sabatinidir.

Milli.Az


Etiketlər:  Ərə getdiyi futbolçu haqda məlumatları atasından alan gözəl FOTOlar


RƏYLƏR