Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Doğum evində körpə oğurlandı

Doğum evində körpə oğurlandı

Tarix: 4 Noyabr 2023 14:16

Braziliyalı qadın doğum evindən yeni doğulmuş körpəni anası yatarkən oğurlayıb, körpə altı saatdan sonra tapılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Rio-de-Janeyroda doğum evindən körpə qaçıran 19 yaşlı qız saxlanılıb. Hadisə noyabrın 1-də baş verib. 27 yaşlı yeni doğulmuş uşaq anası palatada yatarkən, cinayətkar eyvandan doğum evinə girərək uşağı oğurlayıb.

Altı saatlıq axtarışdan sonra oğru tapılıb. O, beş yaşlı qızı və körpə ilə öz mənzilində olub. O, dindirilmə zamanı yeni doğulan uşağın özünün olduğunu və heç kimi oğurlamadığını bildirib.

Körpə oğlan valideynlərinə qaytarılıb və adam oğurluğu ilə bağlı cinayət işi açılıb.
 

Milli.Az


Etiketlər:  Doğum evində körpə oğurlandı


RƏYLƏR