Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xorvat nazir Berbokun dodağından öpmək istədi...

Xorvat nazir Berbokun dodağından öpmək istədi...

Tarix: 4 Noyabr 2023 19:10

Xorvatiya xarici işlər naziri Qordan Radman Berlində keçirilən AB nazirlərinin sammitində Almaniya xarici işlər naziri Annalena Berboku öpməyə cəhd edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilib ki, Radman əvvəlcə alman həmkarının əlindən tutub, daha sonra Berbokun dodaqlarından öpmək istəyib. Lakin Berbok ondan cəld yayına bilib.

Nəşrin məlumatına görə, bu hadisə ona görə baş verib ki, xorvat nazir fotosessiyaya gecikib. Həmin vaxta kimi bütün nazirlər bir-biriləri ilə salamlaşdıqları üçün Radman alman həmkarını öpmək istəyib.

Daha sonra o, Berbokdan bu addımına görə üzr istəyib.

Milli.Az


Etiketlər:  Xorvat nazir Berbokun dodağından öpmək istədi


RƏYLƏR