Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə üç vəzifəli şəxs eyni vaxtda istefa verdi - SƏBƏB

Bu ölkədə üç vəzifəli şəxs eyni vaxtda istefa verdi - SƏBƏB

Tarix: 5 Noyabr 2023 12:18

Uruqvayın daxili işlər naziri Luis Eber xarici işlər nazirinin ardınca uruqvaylı narkotik alverçisi Sebastian Marsetə pasport verilməsi ilə bağlı qalmaqala görə istefa verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Uruqvay Şərq Respublikasının prezidenti Luis Lakalye Pou bildirib.

"Bu gün nazir Luis Alberto Eber, nazir müavini Qilermo Masiel və prezidentin köməkçisi Roberto Lafluf istefa veriblər. Hər üçünün ərizələrini qəbul etdim", - deyə o qeyd edib.

Dövlət başçısı bildirib ki, qanuna əsasən, Marse cinayət əməllərinə baxmayaraq, yeni pasport almaq hüququna malikdir: "İş açılsa, əminəm ki, istefa verən məmurlar məhkəmədə özlərini və şərəflərini müdafiə edə biləcəklər".

Milli.Az


Etiketlər:  Bu ölkədə üç vəzifəli şəxs eyni vaxtda istefa verdi SƏBƏB


RƏYLƏR