Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bayer" Bakıya nə vaxt gələcək? - UEFA-dan xüsusi icazə

Tarix: 6 Noyabr 2023 21:12

"Bayer" UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyun öncəsi Bakıda məşq etməyəcək.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Leverkusen təmsilçisi bununla bağlı UEFA-dan xüsusi icazə alıb. Xabi Alonsonun baş məşqçisi olduğu komanda noyabrın 8-də gecə saatlarında Bakıda olacaq. İspaniyalı mütəxəssisin mətbuat konfransı da təşkil olunmayacaq.

"Qarabağ"ın son məşqi isə həmin gün saat 17:30-da qarşılaşmanın gerçəkləşəcəyi Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Bundan 15 dəqiqə əvvəl baş məşqçi Qurban Qurbanov media nümayəndələri önünə çıxacaq.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək "Qarabağ" - "Bayer 04" matçı saat 21:45-də start götürəcək.

Milli.Az


Etiketlər:  Bayer Bakıya vaxt gələcək UEFA dan xüsusi icazə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ